CƏMİYYƏT


Müharibə əlili: Ölkəmizdə Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir

Birinci Qarabağ müharibəsində Qazax və rayonun ətraf ərazilərində gedən döyüşlərdə iştirak etmişəm. Müharibə başlayan zaman mən çox gənc idim. Vətənin dar günündə digər azərbaycanlı gənclər kimi mən də silaha sarıldım. Qazaxda bir qrup dostumla birgə ordu sıralarına qoşulduq. Döyüş meydanında neçə-neçə mərd, igid əsgər yoldaşlarımı itirdim. Övladlarıma hər zaman demişəm ki, biz bu Vətəni qəhrəman şəhidlərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Bunu Birinci Qarabağ müharibəsi əlili Abil Qurbanov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib.