Prezident İlham Əliyev Ruandanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
06.08.2022 [14:24]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Ruanda Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fidelis Ntampaka Mironkonun etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Fidelis Ntampaka Mironko etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.