Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabunçu rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, oğurluq və quldurluq cinayətləri törədən 61 nəfər saxlanılıb

08.08.2022 [10:30]

Xəbərin mətni

Sabunçu Rayon Polis İdarəsinin, ərazi polis şöbə və bölmələrinin əməkdaşları iyul ayında rayon ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olan, silsilə oğurluq, quldurluq, soyğunçuluq törədən və üzərində qanunsuz olaraq silah saxlayan ümumilikdə 61 nəfəri saxlayıblar.