CƏMİYYƏT


Beyləqanda şəhid Cəlal Vəzirovun xatirəsi əbədiləşdirilib

Vətən müharibəsi şəhidi Cəlal Vəzirovun xatirəsinin əbədiləşdirilməsi üçün inşa olunan bulaq kompleksi istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Beyləqan rayonu Qaralılar kəndində inşa olunan bulaq kompleksinin açılış mərasimində şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, dostları, şəhid ailələri, veteran və qazilər, kənd sakinləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır