DÜNYA


Rusiyada yüngülmotorlu təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub

Rusiyanın Komi Respublikasında yüngülmotorlu təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, “Avialesoxrana” müəssisəsinə məxsus “Cessna 177” təyyarəsi Uxta şəhəri yaxınlığında qəza enişi edib. Eniş zamanı təyyarədə yanğın baş verib, göyərtədə olan 3 nəfər həlak olub.