CƏMİYYƏT


Xaçmazda 20 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları 20 kiloqramdan artıq narkotik vasitəni dövriyyədən çıxarıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda görə, rayon sakini Samir Allahquliyevin üzərinə və yaşadığı evə baxış keçirilən zaman oradan 20 kiloqramdan artıq marixuana və 20 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkiləri aşkar edilib.