Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyənin dördüncü qazma-kəşfiyyat gəmisi istismara verilib

09.08.2022 [18:12]

Xəbərin mətni

Avqustun 9-da Türkiyənin karbohidrogen kəşfiyyat işlərinə qatılacaq dördüncü qazma-kəşfiyyat gəmisi “Əbdülhəmid Han” Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən rəsmi mərasimlə istismara verilib.
AZƏRTAC xəbər verir ki, mərasim Türkiyənin Mərsin vilayətinin Taşucu limanında keçirilib.