CƏMİYYƏT


“Azərbaycan Bayrağı” ordenli şəhid zabitin xatirəsi anılıb

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Hərbi Qənimətlər Parkında təltif olunan hərbi qulluqçularla görüşdə deyib: “Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını Vətən uğrunda qurban verdilər. Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda, təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı. Həm İkinci, həm də Birinci Qarabağ müharibəsinin şəhidlərinin qanını döyüş meydanında aldıq... Biz döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa etdik, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq”.
Vətən müharibəsində şəhadətləri ilə tarix yazan, adları tarixə yazılan, intiqamı döyüş meydanlarında alınan igid oğullarımızdan biri də hərbi hissənin qərargah rəisi – hərbi hissə komandirinin müavini polkovnik-leytenant Babək Meyvəddin oğlu Ramaldanovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır