CƏMİYYƏT


Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bank kartlarındakı pul vəsaitlərini talayan dəstənin üzvlərini saxlayıblar

Naməlum şəxslərin sosial şəbəkələrdə vətəndaşları işə düzəltmək adı ilə onların kart məlumatlarını əldə edib daha sonra hesabda olan pul vəsaitlərini talamaları barədə Daxili İşlər Nazirliyinə (DİN) çoxsaylı müraciətlər daxil olub.
DİN-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu məlumatlar nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində nəzarətə götürülüb. Həyata keçirilən əməliyyat-texniki tədbirlərlə vətəndaşların kart məlumatlarını və kartlardakı pul vəsaitlərini ələ keçirən növbəti dəstənin üzvləri - Məhəmməd Babazadə və Güləli Kazımov saxlanılıblar.