CƏMİYYƏT


Kür çayı sahilində narkotik tərkibli bitkilər yetişdirən Neftçala sakini saxlanılıb

Neftçala Rayon Polis Şöbəsinin və Baş Mühafizə İdarəsinin Salyan Regional Şöbəsinin Neftçala Rayon Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Kür çayının rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsinin sahilində aqrotexniki qaydada qulluq göstərməklə narkotik tərkibli çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb.