Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABŞ-da güclü partlayış baş verib

11.08.2022 [15:25]

ABŞ-ın İndiana ştatının Elansvil şəhərində yaşayış evində güclü partlayış baş verib. Nəticədə üç nəfər ölüb. Bundan başqa, hadisə nəticəsində 39 evə ziyan dəyib, onlardan 11-i yaşayış üçün yararsız hala düşüb. Hadisə yerinə yanğınsöndürmə briqadası cəlb olunub.