DÜNYA


Monteneqroda silahlı şəxsin ailə üzvlərinə və yoldan keçənlərə atəş açması nəticəsində 11 nəfər ölüb

Monteneqronun Çetinye şəhərində silahlı şəxs ailə üzvlərinə, polis əməkdaşlarına və yoldan keçənlərə atəş açıb.
AZƏRTAC xəbər verir ki, Çetinye Polisi hadisəni törədən şəxsin 34 yaşı olduğunu, faciə zamanı uşaqlar və polis əməkdaşları da olmaqla çox sayda insana atəş açdığını bildirib. Hadisə nəticəsində 11 nəfərin öldüyü, 6 nəfərin yaralandığı, hücum edənin isə polislə qarşıdurmada zamanı öldürüldüyü açıqlanıb.