Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mingəçevirdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan altı nəfər məsuliyyətə cəlb edilib

13.08.2022 [11:29]

Xəbərin mətni

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı şəhər ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan altı nəfər tutularaq məsuliyyətə cəlb olunub, onlardan müxtəlif növ narkotik vasitələr aşkar edilərək dövriyyədən çıxarılıb.