CƏMİYYƏT


FHN və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı birgə təlimi uğurla icra edib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Limanı Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində növbəti birgə təlimi uğurla icra edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əsas məqsədi fövqəladə halların təsirini minimuma endirərək, fəsadlarının operativ formada aradan qaldırılması və Liman əməkdaşlarının bu istiqamətdə təcrübəsinin, peşəkarlığının artırılması olan təlimdə bir neçə ssenari üzrə fəaliyyət planı icra olunub.