DÜNYA


Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 186 nəfərə çatıb

Pakistanın Bəlucistan əyalətində mövsümi daşqınlar nəticəsində 186 nəfər ölüb. Bu barədə “Dunya News” məlumat yayıb.
Məlumata görə, son bir neçə həftə ərzində Bəlucistanda yağan yağışlar və daşqınlar nəticəsində 85 kişi, 45 qadın və 56 uşaq həlak olub. Məlumata görə, daşqınlar səbəbindən təkcə son sutka ərzində daha 10 nəfər ölüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır