Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib

14.08.2022 [15:41]

Xəbərin mətni

Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Babək Ramaldanov, Həmidağa Hüseynzadə və Cavid Cabarzadənin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirliyin və ictimaiyyətin nümayəndələri, rayon icra hakimiyyətlərinin əməkdaşları, şəhidlərin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşlarının iştirak etdiyi tədbirlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.