İsmayıllıda yük maşını minik avtomobili ilə toqquşub, sürücü ölüb
15.08.2022 [13:09]
Xəbərin mətni
Hadisə rayonun Qalacıq kəndi ərazisində baş verib. Belə ki, hərəkətdə olan "Shacman" markalı yük maşını qarşı tərəfdən gələn 06-BC-586 nömrə nişanlı "VAZ 21011" markalı minik avtomobili ilə toqquşub. Yük maşınının altında qalan minik avtomobilinin sürücüsü Hafiz Sabir oğlu Əsədov hadisə yerində ölüb.