DÜNYA
Sudanda sel və daşqınlar nəticəsində azı 54 nəfər ölüb
15.08.2022 [16:57]
Xəbərin mətni
Sudanın Əl-Mikaylab və Kordofan bölgələrində güclü yağışlardan sonra Nil çayının daşması nəticəsində sel və torpaq sürüşməsi baş verib.
AZƏRTAC rəsmi SUNA agentliyinə istinadla xəbər verir ki, təbii fəlakət bölgəsində 54 nəfər həyatını itirib, 2 min 862 ev dağılıb.