CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyi maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi (SİTGDMNDA) sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu çərçivədə, Agentliyin müfəttişləri Şəmkir rayonunun “Ağ dağlar” deyilən ərazisində yol kənarında yerləşən fərdi sahibkar Əliyev Yalçın Nəriman oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparıb. Yoxlama zamanı maye və qazdoldurma məntəqəsində insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.