CƏMİYYƏT


Şabranda yanğın geniş əraziyə yayılıb, Dağbilici kəndində üç ev yanıb

Şabran rayonunun Xəlfələr kəndi ərazisində biçilmiş əkin sahələrindən başlayan yanğın Dağbilici kəndində 3 evin yanmasına səbəb olub.
Şabran Rayon Fövqəladə Hallar Komissiyasının sədri İlkin Ağayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, günorta saatlarından başlayan yanğın güclü külək nəticəsində geniş əraziyə yayılıb. Dağbilici kəndində bir ev tamamilə, ikisi isə qismən yanıb. Digər evlər yanğından mühafizə olunub. Yanğın nəticəsində sakinlər arasında xəsarət alan yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır