Azərbaycan Dövlət İnformasiya Agentliyi

DSX-nin rəis müavini: İşğaldan azad edilmiş ərazilərdə son bir ildə 19 yeni hərbi hissə kompleksi fəaliyyətə başlayıb

16.08.2022 [14:45]

Xəbərin mətni

İşğaldan azad edilmiş ərazilərdə dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkili məqsədilə son bir ildə 19 yeni hərbi hissə kompleksi, 110 sərhəd-döyüş məntəqəsi, İranla dövlət sərhədində işğaldan azad olunmuş ərazilərdə 14 sərhəd zastavasının fəaliyyəti bərpa olunub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini general-leytenant Abbas Xəlilov mətbuat konfransında deyib.