CƏMİYYƏT


Cəlilabadda aparılan arxeoloji qazıntılar zamanı Azərbaycan tarixinə aid yeni nümunələr aşkarlanıb

Cəlilabadda yerləşən qədim yaşayış məskənlərindən birində aparılan arxeoloji qazıntılar zamanı Azərbaycan tarixinə aid yeni nümunələr aşkarlanıb. Ərazidə xüsusi ilə atın əhilləşdirilməsinə dair nümunələrin aşkarlanması tariximizdə ikinci analoji tapıntı hesab olunur.
AZƏRTAC xəbər verir ki, Cəlilabadın Cəfərxanlı kəndində yerləşən Paşatəpə qədim yaşayış məskəni alimlər tərəfindən 1970-ci illərdə qeydə alınsa da, ərazidə arxeoloji tədqiqat işləri aparılmamışdı. Bir neçə gün öncə başlanan ilk qazıntı işləri nəticəsində yerin təxminən 80 santimetr altında Neolit dövrünə aid çoxsaylı maddi mədəniyyət nümunələri aşkarlanıb.