FHN: “Qalaaltı” İstirahət Mərkəzinin yaxınlığındakı yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir
17.08.2022 [17:41]
Xəbərin mətni
Şabran rayonunda yerləşən “Qalaaltı” İstirahət Mərkəzinin yaxınlığındakı meşəlik ərazidə baş vermiş yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində yanğından mühafizə tədbirləri davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanğının mürəkkəb relyefli dağlıq ərazidə baş verməsi yanğın nöqtəsinə yanğınsöndürmə texnikasının və şəxsi heyətin birbaşa müdaxiləsini imkansız edir. Bu səbəbdən yanğının söndürülməsinə FHN-in dörd ədəd yanğınsöndürmə avtomobilindən başqa bir ədəd helikopteri də cəlb edilib.