DÜNYA


Korsikada fırtına nəticəsində 45 min ev işıqsız qalıb, ölənlər var

Fransanın Korsika adasında bu gün səhər baş verən güclü fırtına nəticəsində azı beş nəfər həlak olub, daha 12 nəfər yaralanıb.
Şiddətli yağış və sürəti saatda 222 kilometrə çatan külək adada miqyaslı dağıntılar törədib. Fransanın EDF energetika kompaniyasının məlumatına görə, təbii fəlakət 45 minə yaxın ev təsərrüfatını işıqsız qoyub.