CƏMİYYƏT


Törətdiyi oğurluğun izini itirmək üçün “102” xidmətinə yalan məlumat verən şəxs tutuldu

Sabirabad rayon sakini Nicat Ağayev İmişli Rayon Polis Şöbəsinə müraciət edərək İmişli rayonu ərazisində saxladığı nəqliyyat vasitəsinin yan şüşələrinin naməlum şəxs və ya şəxslər tərəfindən qırılması, avtomobildə olan pul, mobil telefon və sənədlərin oğurlanması barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsinin vətəndaşın özü tərəfindən törədilməsi müəyyən olunub.