DÜNYA


Kaliforniyada iki təyyarə toqquşub

ABŞ-ın Uotsonvil şəhərində (Kaliforniya ştatı) hava limanına enərkən iki kiçik təyyarənin toqquşması nəticəsində azı iki nəfər ölüb.
Bu barədə ABŞ Federal Aviasiya Administrasiyası məlumat verib.
Qeyd edilir ki, ikimühərrikli “Cessna 340”ın göyərtəsində iki nəfər olub, təkmühərrikli “Cessna 152”nin göyərtəsində isə yalnız pilot olub.