DÜNYA


Avstraliyada 17 ölkənin iştirakı ilə hərbi təlimlər başlayıb

Avstraliyada 17 ölkənin hərbi hava qüvvələrinin iştirak etdiyi Pitch Black adlı hərbi təlimlər başlayıb. Təlimlərə regionun bir neçə dövləti, habelə NATO üzvləri və onların müttəfiqləri qoşulub.
AZƏRTAC xəbər verir ki, Avstraliya Müdafiə Nazirliyinin məlumatına görə, ölkənin şimal və şimal-şərq regionlarında keçiriləcək üçhəftəlik təlimlərə Avstraliya, Böyük Britaniya, Almaniya, Hindistan, İndoneziya, Sinqapur, ABŞ, Fransa, Cənubi Koreya və Yaponiya silahlı qüvvələrinin 2,5 mindən çox hərbçisi və 100-dən artıq təyyarəsi cəlb olunacaq.