DÜNYA


Çində yüz robot itin iştirakı ilə rəqs şousu keçirildi

Avqustun 18-də Pekində açılan 7-ci Ümumdünya Robot Konfransının qonaqları və iştirakçıları qarşısında yüz robot it rəqs edib. Yağışa baxmayaraq, sərgi mərkəzinin qarşısındakı meydançada baş tutan “it şousu” çoxlu tamaşaçı, xüsusən də uşaqları ətrafına toplayıb. Robotlar sinxron hərəkətlərlə yanaşı, müxtəlif həndəsi forma və naxışlarda düzülərək səhnədə hərəkət edib. Hər it 2022-ci ilin simvolu olan pələng şəklində kiçik bir oyuncaq ilə bəzədilib.