Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaponiyada alov topu şəklində meteorit peyda oldu

20.08.2022 [11:40]

Yaponiyanın paytaxtı Tokioda və şəhərin ətraf bölgələrində alov topu şəklində meteorit görünüb. Görüntülər sosial mediada böyük marağa səbəb olub. Məlum olub ki, alov topu asteroidin atmosferdə yanmasından sonra Yerə düşən parçaların saçdığı işıqdır.