CƏMİYYƏT


Laçın sakini: Kəndimiz üçün, onun yolları, cığırları, kol-kosu üçün çox darıxmışam

44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən məğlubiyyətə uğrayan Ermənistanın işğal altındakı digər torpaqlarımız kimi, Laçın şəhərini, rayonun Zabux və Sus kəndlərini də bir güllə atmadan Azərbaycana qaytaracağı günə az qalıb. Azərbaycan dövləti üçtərəfli bəyanata əsasən Laçın dəhlizinə alternativ yolun çəkilişini artıq başa çatdırıb. Beləliklə, Kəlbəcərdə, Ağdamda olduğu kimi, Laçında da qanunsuz məskunlaşan ermənilərin torpaqlarımızı tərk edəcəyi günə az qalıb.