Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ankarada ac-susuz qalan tülkülər şəhərin mərkəzinə girdi

21.08.2022 [15:06]

Türkiyənin paytaxtı Ankaranın Etimesqut rayonunda tülkülər şəhərin mərkəzində görünməyə başlayıb.Buna səbəb həddindən artıq isti keçməsi və buna görə tülkülərin ac-susuz qalmasıdır.Tülkülər hətta Etimesqutun ən gur küçəsində gəzib.Hadisə bir vətəndaş tərəfindən lentə alınıb.