CƏMİYYƏT


Sus kənd sakini: O torpaqlar ermənilərə məxsus deyil, biz tezliklə doğma yurdumuza qayıdacağıq

Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində avqustun sonunadək Laçın şəhərinin, rayonun Zabux və Sus kəndlərinin ölkəmizin nəzarəti altına keçəcəyi ilə bağlı müjdəli xəbərini böyük sevinc hissi ilə dinlədik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə sağlamlıq versin. Qürur duyuruq, sevinirik ki, dədə-baba yurdumuza qayıdırıq. Prezidentimizə ailəmiz adından minnətdarlığımı bildirirəm.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Laçın rayonu Sus kənd sakini Vəli Hüseynov söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır