CƏMİYYƏT


Zərif toxunuşlar

Sahibkar “yenilik” və “yaradıcılıq” anlayışlarını özündə birləşdirən şəxsdir. Sahibkarlıq maliyyə, fiziki və sosial riskləri olan kifayət qədər səy və vaxt sərf edərək yeni dəyər yaratmaqdır. Bu fəaliyyət növündə qadınların aktivliyi artan dinamika ilə inkişaf edir. Bu səbəbdən qadın sahibkarlığının inkişafı böyük əhəmiyyət kəsb edir və olduqca aktual mövzudur. Qadınlar arasında sahibkarlığın inkişafı cəmiyyətin inkişafına bütövlükdə təsir edir. “İşgüzar xanımlar” rubrikasının növbəti qonağı “Aidas Collection” şirkətinin direktoru Aidə Nəsirovadır.