DÜNYA


Kərbəlada çoxlu ziyarətçinin olduğu türbə çökdü

İraqın Kərbəla şəhərində çoxlu ziyarətçinin olduğu bir ziyarətgah çöküb. Müqəddəs sayılan Qəttarat İmam Əli türbəsinin damı həddindən artıq rütubət səbəbindən sürüşən torpağın təsirindən dağılıb. İndiyədək dağıntılar altında qalan dörd nəfərin meyiti tapılıb. Daha altı nəfər dağıntılar altından çıxarılıb. Xilas edilənlərin üçü uşaqdır. Xilasetmə işləri davam etdirilir.