SİYASƏT


Hərbi dənizçilərimiz növbəti mərhələni uğurla başa vurublar

"Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində ölkəmizdə təşkil olunan "Dəniz kuboku" müsabiqəsində iştirak edən komandalar “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə mərhələsində “Xilasetmə vasitələrinin istifadəsi”  tapşırığını yerinə yetiriblər.
Bu mərhələdə çalışmanın şərtlərinə uyğun olaraq hər komanda beş nəfərdən ibarət olmaqla xüsusi üzgüçülük geyimlərini geyinərək 25 metr məsəfəni qət edib, xilasedici salı avarlar vasitəsilə təyin olunan nöqtəyə gətiriblər.