CƏMİYYƏT


FHN: Ağdam rayonunda mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə baş vermiş yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə Ağdam rayonunun Cinli kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Qarabağ Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunub.