Azərbaycan Dövlət İnformasiya Agentliyi

Peruda turistləri daşıyan mikroavtobus dərəyə yuvarlanıb

23.08.2022 [17:23]

Peruda dağ yolunda sərnişinləri daşıyan mikroavtobus yüz metr hündürlükdən dərəyə yuvarlanıb. Baş verən ağır qəza nəticəsində 4 turist ölüb, 16 nəfər yaralanıb. Hadisə qonaqların qədim İnka şəhərinin Maçu Pikçu xarabalıqlarını ziyarət edib qayıdarkən baş verib. İlkin məlumatlara görə qəzaya səbəb əlverişsiz hava şəraitinin olmasıdır.