SİYASƏT


Hərbi dənizçilərimiz növbəti mərhələdə ən yüksək xalı toplayıblar

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçirilən "Dəniz kuboku" müsabiqəsinin iştirakçı komandaları “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” mərhələsinin "Təlim məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə” epizodunu yerinə yetiriblər.
Çalışmanın şərtlərinə əsasən Azərbaycan, İran, Qazaxıstan və Rusiya hərbi dənizçiləri gəminin təhlükəsizliyinin təmin edilməsi, müxtəlif zədələrdən gələn suyun qarşısının alınması, həmçinin gəminin xilas olunması üzrə bacarıq və vərdişlərini nümayiş etdiriblər.