DÜNYA


Filippinin şimalında tropik qasırğa səbəbindən 7 mindən çox sakin təxliyə edilib

Filippinin şimalında “Maon” tropik qasırğası səbəbindən 7 mindən çox sakin öz evlərini tərk etməyə məcbur olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Filippin Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilir ki, qasırğa nəticəsində küləyin sürəti saatda 95 kilometrə çatıb və üzərinə ağac düşən üç sakin xəstəxanaya yerləşdirilib.