DÜNYA


İstanbul-İzmir yolunda qəza baş verib

İstanbul-İzmir yolunun Balıkəsir hissəsində sürücü idarəetməni itirib. Hadisə nəticəsində ər-arvad ölüb, iki uşağı isə yaralanıb. Çekiç ailəsinin Bodruma tətilə getmək üçün yola çıxdıqları məlum olub. Son günlər baş verən dəhşətli yol hadisələri ilə bağlı aidiyyatı qurumlar sürücüləri son dərəcədə diqqətli olmağa çağırıb.