CƏMİYYƏT


Azyaşlıları narkokuryerliyə cəlb etmək istəyən mütəşəkkil dəstənin üzvləri saxlanılıblar

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və bölgələrdə son 20 gün ərzində keçirilən əməliyyatlar zamanı ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik maddələr keçirən, onlayn yolla narkotiklərin satışını təşkil edən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan və azyaşlıları narkokuryerliyə cəlb edən mütəşəkkil dəstənin daha 19 nəfər üzvü saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 154 kiloqram narkotik vasitə və psixotrop maddə, 1752 ədəd psixotrop tərkibli həb, 3739 ədəd kultivasiya edilərək yetişdirilən çətənə kolu və 33 ədəd “Makarov” markalı tapançaya aid patronlar aşkar edilib.