SİYASƏT


“Dəniz kuboku” müsabiqəsinin yekunu ilə əlaqədar mətbuat konfransı keçirilib

“Beynəlxalq Ordu Oyunları -2022” yarışları çərçivəsində ölkəmizdə keçirilən “Dəniz kuboku” müsabiqəsinin yekunu ilə əlaqədar iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və hakimlər komissiyasının üzvlərinin iştirakı ilə mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında çıxış edən kontr-admiral Sübhan Bakirov müsabiqənin əsas məqsədlərindən birinin dənizçilərin peşəkarlığının artırılması, Xəzər dənizinin təhlükəsizliyi istiqamətində əməkdaşlığın davam etdirilməsi olduğunu qeyd edib.