DÜNYA


İtaliyada superyaxta suya qərq oldu

İtaliyanın Katanzaro sahillərindən təxminən 15 kilometr aralıda 40 metrlik superyaxtaya su dolmağa başlayıb. Yardıma bir Rumıniya gəmisi ilə bir patrul gəmisi göndərilib. Geliboludan yola düşərək Milazzoya gedən superyaxtanın dörd sərnişini və beş ekipaj üzvü son anda xilas edilib.