CƏMİYYƏT


Lənkəranda “Məişət zorakılığı qurbanları ilə sosial iş” mövzusunda tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Lənkəranda “Məişət zorakılığı qurbanları ilə sosial iş” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil edilən görüşdə Sosial Xidmətlər Agentliyinin Sosial müəssisələrlə iş departamentinin müdir müavini Sara Ağayeva, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə və digər qurumların və təşkilatların nümayəndələri iştirak ediblər.