DÜNYA


Rusiyada meşə yanğınları artmaqda davam edir

Rusiyada meşə yanğınlarının ümumi sahəsi son üç gündə səkkiz min hektar artıb. Bu barədə Federal Aviasiya Meşə Mühafizəsinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilir ki, çərşənbə axşamı günündən etibarən yanğınların sahəsi 102 min hektardan 109,95 min hektara qalxıb. Yanğınla mübarizə tədbirləri davam edir.