CƏMİYYƏT


“Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə zərərçəkmişlər Laçına səfər ediblər

Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə 2015-ci ildə qəbul etdiyi qərara əsasən zərərçəkmiş kimi tanınan məcburi köçkünlər Laçın rayonuna səfər ediblər. Səfər zamanı həmin məcburi köçkünləri Avropa İnsan Hüquqları Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, Azərbaycan Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov müşayiət edib.