Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

İstanbulda leysan yağışlar daşqın yaratdı

25.08.2022 [19:36]

Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda güclü leysan nəticəsində daşqınlar baş verib. Şəhərin Avropa hissəsində səhər saat 9-da başlayan və ildırımla müşayiət olunan yağış Esenyurt, Beyoğlu, Fatih, Zeytinburnu, Bayrampaşa və Beşiktaş rayonlarında fəsadlar yaradıb. Yağış səbəbindən Beşiktaş və Taksimdə nəqliyyatın hərəkəti dayanıb.