Türkiyədə fəaliyyət göstərən diplomatların Qarabağa səfəri başlayır
26.08.2022 [13:07]
Xəbərin mətni
Avqustun 26-da dünyanın müxtəlif ölkələrindən olan diplomatların Azərbaycanın işğaldan azad edilən Qarabağ bölgəsinə səfəri başlayır.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Türkiyədə fəaliyyət göstərən və Azərbaycanda akkreditə olunmuş qeyri-rezident səfirlər, diplomatik korpusun digər nümayəndələri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri, Türkiyə Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının yüksək vəzifəli şəxsləri daxildirlər.