CƏMİYYƏT


Azərbaycanda avqustda baş vermiş yanğın hadisələrinin monitorinqi aparılıb

Avqustun 26-da Rəqəmsal İnkişaf və Nəqliyyat, Fövqəladə Hallar və Ekologiya nazirliklərinin nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransı giriş sözü ilə açan fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev 2022-ci ilin avqust ayında Azərbaycan ərazisində baş vermiş yanğın hadisələri ilə bağlı “Azersky” peykinin apardığı monitorinqin nəticələrini açıqlayıb.