CƏMİYYƏT


Evində narkotik vasitə gizlədən Zaqatala rayon sakini məsuliyyətə cəlb edilib

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən rayon sakini, əvvəllər də məhkum olunmuş Natiq Əzizov saxlanılıb.